Bezotosnu ən yaxşılar arasında

01.01.2018 | 5427 dəfə oxunub

Ukraynanın "ua.football.com" saytı xarici çempionatlarda çıxış edən ukraynalı futbolçulardan ibarət rəmzi "11-lik" tərtib edib.

Stadium.az xəbər verir ki, həmin heyətdə Azərbaycanda çıxış edən ukraynalı futbolçu da yer alıb.  

Ukraynalı həmkarlarımız "Qəbələ"də çıxış edən Dmitri Bezotosnını ən yaxşı qapıçı kimi dəyərləndiriblər. Həmkarlarımız təcrübəli "çərçivə qoruyucusu" haqda bu sözləri qeyd ediblər:

 

undefined

 

"34 yaşlı qolkiper "Qəbələ"də üçüncü ilinə daxil olacaq. Ukrayna yığmasının məşqçiləri onu diqqətdən kənarda saxlayırlar. Bəli, çünki yığmanın əsas qapıçısı Denis Boyko 2 ildir ki, ehtiyat oyunçular skamiyasının daimi sakinidir, amma milliyə dəvət alır. Lakin Bezotosnı kənarda qalır. Onun yaxşı oyun təcrübəsi var. Hər il "Qəbələ"yə yeni qapıçılar dəvət olunur, lakin Dima çərçivəni heç kimə təhvil vermək niyyətində deyil".

 

Simvolik heyətdə yer alan digər futbolçular bunlardı: İqor Plastun ("Ludoqorets", Bolqarıstan), Dimitri Çiqrinski (AEK, Yunanıstan), Yevgeni Novak ("Vardar", Makedoniya), Vladimir Kosteviç ("Lex", Polşa), Taras Romançuk ("Yagelloniya", Polşa), Aleksandr Noyok, ("Dinamo", Minsk, Belarus), Ruslan Malinovskiy ("Genk", Belçika), Yevgeni Konoplyanka ("Şalke", Almaniya), Andrey Yarmolenko ("Borussiya" D, Almaniya) , Roman Zozulya ("Albasate", İspaniya). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail