"Qəbələ"nin daha iki yetirməsi "Slaviya"Da

03.01.2018 | 4805 dəfə oxunub

"Qəbələ"nin və Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın "Slaviya" klubuna yollanıb.

Stadium.az xəbər verir ki, müdafəçi Amin Seydiyevlə hücumamaylli yarımmüdafiəçi Rövlan Muradov Praqa təmsilçisinin düşərgəsində yer alıblar.

"Qəbələ" Futbol Akademiyasının yetirmələri olan 1998-ci il təvəllüdlü futbolçular Çexiyanın ən titullu klublarından birinə baxışa gediblər. Onlar yanvarın 28-dək olacaq hazırlıq prosesində iştirak edəcəklər. Əsasən baxışda olan futbolçular üçün nəzərdə tutulan bu hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. İlk və son mərhələ paytaxtda, ikincisi isə Çexiyanın digər şəhərində olacaq. Gənc futbolçularınızla bağlı yekun qərar məhz hazırlıq mərhələsi bitəndən sonra - bu ayın 28-də veriləcək. 

Məlumatı "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov təsdiqləyib. O, bu iki futbolçunun "Slaviya"ya baxışa yollanmasıyla bağlı bir neçə müddət əvvəl danışıqların başlandığını söyləyib: "Aminlə Rövlanla bağlı hazırladığımız videoları çexlərə göndərdik. Bununla onlarda futbolçularımız haqda ilkin fikirlər yarandı. Seydiyevlə Muradov "Slaviya"da 3 həftəlik qış toplanış dönəmində hazırlıq keçəcək. Bu, bir növ baxış olacaq. Ümid edirik ki, futbolçularımız "Slaviya"da özlərini yaxşı tərəfdən göstərərək qalacaqlar. Əlbəttə, onların "Qəbələ"ylə müqavilələri var. Ancaq indi "Slaviya"nın futbolçularımızla tanış mərhələsidi. Onlar Aminlə Rövlanı bəyəndikdən sonra artıq iki klub arasında transferlə bağlı danışıqlar olacaq. Onda məsələ danışıqlar mərhələsinə qədəm qoyacaq. Hələliksə futbolçuların baxış mərhələsidi".

Seydiyevlə Muradovu Çexiyaya FİFA agentimiz Vaqif Heydərli aparıb. O, azərbaycanlı futbolçuları xaricə aparan yeganə menecerimizdi. Bunadək Heydərli "Qəbələ" Futbol Akdaeiyasının digər yetirməsi, U-19 yığmamızın üzvü olan yarımmüdafiəçi Fərid Nəbiyevi "Slaviya"ya aparıb. Fərid Praqa kluuna keçərək onun B komandasında çıxış edir. Daha öncə isə digər gənc yarımmüdafiəçi Budaq Nəsirov Lissabonun "Sportinq" klubuna keçərək əvəzedici komandasında oynayır.

Mənbə:Sport24.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail