"Mançester Siti"nin eks futbolçusu "Kəpəz"də

08.01.2018 | 5741 dəfə oxunub

“Kəpəz”in düşərgəsinə yeni futbolçu qoşulub. Stadium.Az xəbər verir ki, Yunis Hüseynovun baxışa çağırdığı Aleks Nimeli dünən Bakıya gəlib. 


Liberiya əsilli ingilis futbolçu komanda ilə birlikdə məşqlərə qatılacaq. 26 yaşlı hücumçu Bakı toplanışı ərzində baş məşqçinin etimadını qazansa, onunla müqavilə imzalanacaq.
 
Nimeli karyerası ərzində əsasən İngiltərədə oynayıb. Vətənində “Coton de Garoua”da 9 oyuna 5 qol vuran forvard 2008–2014-cü illərdə “Mançester Siti”nin üzvü olub. Burada cəmi 1 matça çıxan futbolçu “Midlsbro”, “Koventri”, “Kristal Pelas” və “Port Veyl”də 29 oyunda 1 dəfə fərqlənib. Daha sonra Rumıniyaya yollanan forvard “Poli Timişoara”da 10 matçda 3 qol vurub. Ardınca ölkənin digər təmsilçisi “Vitorul”a keçib (18 oyun, 4 qol). Ötən il Norveç “Stabek”ində 13 matçda 2 dəfə fərqlənən Nimeli İngiltərənin U-20 yığmasında da çıxış edib (3 oyun, 1 qol).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail