Stadium.Az xəbər verir ki, yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. “Neftçi” yanvarın 25-i Odessa “Çernomorets”i ilə deyil, Sofiya “Slaviya”sı ilə üz-üzə gələcək.
Komanda Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.