Şehiç: "Yenidən çempionluq titulunu qazanmağa hazırlaşırıq"

17.01.2018 | 4389 dəfə oxunub

“Klubumuzun məsul şəxsləri və baş məşqçimizlə söhbət etdim. Onlar mənim yığma ilə təlim-məşq toplanışında iştirakıma icazə verdilər. Ancaq mən komandaya yanvarın 21-də yox, 4 gün sonra qoşulacam". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib. 

Bonsiya və Hersoqovina millisinə növbəti dəfə təklif alan qolkiper yığmanın yeni baş məşqçisi Robert Prosineçki haqda fikirlərini də bildirib: "Prosineçkiyə gəlincə, o, yaxşı mütəxəssisdir. Futbolçu kimi Balkanda əfsanə olub. Sərtdir və hər şeyin nəzarətində olmasını sevir. Mən onu Azərbaycan millisinin baş məşqçisi olduğu müddətdə tanımışam. O, "Qarabağ"ın bütün oyunlarını izləyirdi. Buna görə də mənim də qapıçı keyfiyyətlərimə bələddir. Şadam ki, ABŞ və Meksika ilə yoxlama matçlarında yerli çempionatda çıxış edənlər çoxluq təşkil edəcək. Bu qarşılaşmalarda əsas motivasiyadır. Oyunlara yaxşı köklənib, qələbə istəyi ilə meydana çıxsaq, nəticəmiz olacaq”.

"Qarabağ"dakı çıxışından da danışan Şehiç Ağdam təmsilçisində özünü yaxşı hiss etdiyini, ancaq başqa klubdan təklif gəlsə, bu barədə düşünəcəyini bildirib:

“Biz bu nəticəni əldə etmək üçün çox güc sərf etdik. Çempionlar Liqası səviyyəsində 6 qrup oyununun həyəcanını yaşadıq. Lakin bununla kifayətlənmək istəmirik.

Yenidən çempionluq titulunu qazanmağa hazırlaşırıq.  Çempionlar Liqasında yeni şounu səbirsizliklə gözləyirik. Mən komandamın qapısını yaxşı qorumuşam. Hazırda “Qarabağ”dan başqa yerə getmək fikrim yoxdur. Lakin təkcə məni deyil, klubu da qane edən təklif olsa, düşünərəm. Bu da yalnız yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib və mən də istəyirəm ki, onlara bunun qarışığını qaytarım”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail