Dmitri Nazarov: "Bir çox komandadan üstün tərəflərimiz var"

23.01.2018 | 4635 dəfə oxunub

"İstirahətim yaxşı keçdi. Yenə Abu-Dabiyə getmişdim. Orada hava günəşli idi. Artıq hazıram".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov deyib. Almaniyanın 2-ci bundesliqa təmsilçilərindən "Aue"nin şərəfini qoruyan yarımmüdafiəçi "tag24.de" saytına açıqlamasında növbəti dəfə öz oyunu ilə "partlayış" edəcəyinə inandığını bildirib:

"Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm. Komandama kömək edə biləcəyimə inanıram. Fasiləyə qədər bəzi uğursuz oyunlarımız olsa da, xallar qazana bildik. Bir çox komandadan üstün tərəflərimiz var. Çempionatda qalmaq uğrunda mübarizədə rəqiblərimiz "Darmştadt", "Braunşveyq", "Kayzerslautern" və "Qreyter Fürt" olacaq. Ağıllı şəkildə işləməyə davam etməliyik".

Nazarov ötən mövsüm qış fasiləsindən sonra sərgilədiyi oyunla komandasının 2-ci bundesliqada qalmasında vacib rol oynamışdı.

"Aue" çempionatın 19-cu turu çərçivəsində, yanvarın 24-də "Düsseldorf"un qonağı olacaq. Nazarovun komandası 18 turdan sonra 13-cü pillədə yer alır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail