Qurban Qurbanov püşk haqda danışdı

24.01.2018 | 5164 dəfə oxunub

“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq".

Stadium.az xəbər verir, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

AFFA-nın saytına açıqlamasında yığmamızın Millətlər Liqasındakı  rəqiblərini dəyərləndirən Qurbanov oyunlara qədər xeyli vaxtın olduğunu, güclü, mehriban komanda qurmağı bacaracağına inandığını bildirib:

"Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.

Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Milləttlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var".

Q.Qurbanov milliyə dəstəyinə görə azarkeşlərə minnətdarlıq edib: "Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".

millimiz 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail