"Milliyə dəvət aldığım üçün çox xoşbəxtəm"
Neftçi”nin 6 futbolçusu – Ruslan Abışov, Rəhman Hacıyev, Emin Mahmudov, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət olunub.
Stadium.az xəbər verir ki, Rəhman Hacıyev, Rəşad Əzizli və Anton Krivotsyuk bu haqda təəssüratlarını klubun rəsmi saytına bölüşüblər.
Rəhman Hacıyev: “Uzun müddət idi milliyə çağırılmırdım. Milliyə dəvət hər futbolçu üçün böyük şərəfdi. Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim və özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldu. Var gücümlə çalışacam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.
Rəşad Əzizli: "Milliyə dəvət aldığım üçün xoşbəxtəm. Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm”.
Anton Krivotsyuk: "Karyeramın çətin dönəmində mənə dayaq olan "Neftçi”yə minnətdaram. Bu klub olmasa, milliyə dəvət almamışdım. Futbolçu kimi yetişməyim və milli səviyyəsinə yüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidir. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdir mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |