"Qəbələ" Latviyaya gedir

24.12.2011 | 17242 dəfə oxunub

“Qəbələ” klubu Qəbələ Futbol Akademiyasında təlim görən yeniyetmə futbolçuların hazırlığının peşəkar səviyyəyə çatdırılması üçün xarici ölkələrdə keçirilən beynəlxalq turnirlərə böyük önəm verir.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu il akademiya komandalarının bir neçə beynəlxalq turnirdə iştirakını təmin edən klub yaxın günlərdə daha bir kollektivi xaricə göndərəcək.

“Qəbələ”nin 13 yaşlılardan ibarət komandası yanvarın 16-dan 18-dək Latviya paytaxtı Riqada “OPEN CUP 2012” turnirində iştirak edəcək. Turnirdə “Dinamo” (Riqa) və “Metallurq” (Liepeya, hər ikisi Latviya), Strogino Akademiyasının komandası (Moskva, Rusiya), “KuİF” (Finlandiya), “Şyaulyay” (Litva) və “Pryanu” (Estoniya) komandaları mübarizə aparacaq.

“Qəbələ” Latviyada bu heyətlə təmsil olunacaq: Nail Kərimov (Qəbələ Futbol Akademiyasının direktor müavini), Recep Yazıçı (baş məşqçi), Sərdar Qafarov (məşqçi), Teymur Musayev (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Xəyyam Cəlalov (inzibatçı), Polad Mehrəliyev (kameraman): futbolçular - Ülvi Xəlilzadə,  Fərman Bayramov, Aqşin Hüseynov, Yusif Yusifzadə, Faiq Hacıyev, Tural Əjdərli, Rəsul Yolçuyev, Murad Qayalı, Elmir Ağamirov, Ülvi Əliyev, Emin İsmayılov, İlkin Abdullayev, Fərid Nəbiyev, Osman Soltanov, Əli Məzahirli, Rəvan Rəfiyev, Cavidan Qasımlı, Elvin İmanlı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail