Qurban Qurbanov: "Çox şey tələb edə bilməzdim"

30.01.2018 | 4171 dəfə oxunub

“Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından raz qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdılar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir”.

Stadium.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində Moldova ilə keçirilən yoxlama oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında deyib.

- Baş məşqçi kimi üzərinizdə təzyiq var idi?

- Psixoloji təzyiq həmişə olur. Oyun zamanı isə hamısı yaddan çıxır.

- Abbas Hüseynov bu gün çox güc sərf elədi. Bu nə ilə bağlıdı? Sanki daha hazırlıqlı görünürdü..

- Qış hazırlığı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Hər futbolçu məşqləri fərqli qəbul edə bilər. Ona şans verilib, yəqin bu şansdan yaxşı istifadə etmək istəyib. İstəyirəm ki, o, yaxşı futbolçu olsun. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdı. Məncə, özünü bir az da inkişaf etdirməlidi. 

- Əvəzetmələrin az olmasına səbəb nə idi? 

- Oyundan öncə 6 dəyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyəti dəyişmədim.

- Rəqib baş məşqçi onların daha çox qol fürsətləri olduğunu dedi...

- Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazanmışdılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər. 

- Rəqib müdafiədən oynayırdı. Millətlər Liqasındakı rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çətinlik olmayacaq ki?

- Bəli, çətin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlət Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.

- Rəqibin heyətində “Qarabağ” üçün gözaltı etdiyiniz oyunçu olmadı ki?

- Yox, daha çox öz futbolçularıma baxırdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail