Mirbağır İsayev: "İşimi itirə bilərəm, ancaq prinsiplərimi yox"

24.12.2011 | 6361 dəfə oxunub

“Kəpəz” klubunun baş məşqçisi postundan istefa verən Mirbağır İsayevin müsahibəsi

- İstefanız gözlənilməz oldu. Sizi komandaya gələndən 1 ay sonra getməyə nə məcbur etdi?
- Rəhbərliklə hər şeyi razılaşdırmışdıq. Bildiyiniz kimi, 11 futbolçunu komandadan çıxarmışdım. Ancaq iş prinsiplərim klub rəhbərliyi ilə üst-üstə düşmədiyi üçün istefa verdim.

- Nəyi nəzərdə tutursunuz?
- Peşəkarlığı.

- Bir az da konkretləşdirərdiniz...
- Həmin 11 nəfər arasında elə bir futbolçu var idi ki, rəhbərlik onu qaytarırdı. Mən də dedim ki, o gedibsə, qayıda bilməz.

- Rəhbərlik üçün dəyərli olar həmin futbolçu kim idi?
- Qapıçı.

- Əsas qapıçı Konstantin Kolesnikov?
- Yox, Tural Abbaszadə. Siz onun yüksək liqasında oynadığını görmüsünüz?

- Xeyr...
- Turalla söhbətim oldu. Klubun prezidenti Elmir Əliyevin otağında ona dedim ki, hələlik əvəzedici heyətdə oyun praktikası qazan. Biz son oyunda “Neftçi” ilə matçda şans verdiyimiz Kənan Bayramovu necə tapdıq? Əvəzedici heyətdə “bişdi”. Məni tanıyanlar iş prinsiplərimi yaxşı bilirlər və bundan heç vaxt dönmərəm.

- Sizcə, həmin futbolçu tapşırıldığına görə komandaya qaytarılıb?
- Tapşırıq ola bilər. Ancaq həmin yerdə işləyə bilmərəm. Mən gənc, yerli futbolçulara həmişə diqqət yetirmişəm. Ancaq həmin futbolçu əsas komandaya layiq olmalıdır. Turala deyəndə ki, get, əvəzedici komandada oyna, mənə “Premyer Liqada oynamalıyam” deyir. Belədirsə, mən orda qala bilmərəm. Mənim üçün iş əsas deyil. İşimi itirə bilərəm, ancaq prinsiplərimi yox. 11 futbolçunu şəxsi prinsipə yox, məhz oyununa görə komandadan çıxarmışdım. Həmin futbolçu tapşırıqla qayıda bilər, ancaq mən orada qala bilmərəm.

- Rəhbərliklə əvvəlcə məsələni razılaşdırmamışdınız?
- Hər şeyi danışmışdıq. Mən Bakıda idim və Elmir müəllimlə gedib, Mərdəkanda hazırlıq keçəcəyimiz məkana baxmalı idik. Dünən axşam bildim ki, Abbaszadənin qayıtmaq söhbəti var. Onda prezidentə dedim ki, elədirsə, mən artıq baş məşqçiniz deyiləm. Çünki əgər çıxardığım futbolçu qaytarılacaqsa, onda digər futbolçulardan heç nə tələb edə bilmərəm.

- Yəni, digər futbolçular qarşısında hörmətiniz olmaz...
- Sözümün üstündə duran insanam. Mən çıxardığım futbolçu qayıda bilməz. Ya o, ya da mən.

- Rəhbərlik oynamayan futbolçuya görə, niyə bir ay əvvəl gətirdiyi baş məşqçini itirməyə razılaşar?
- Mən bunu deyə bilmərəm. Baş məşqçi kimi üzərimə düşən işi yerinə yetirmişdim. Hazırlıq planımızı da tərtib etmişdim. Yanvarın 5-dən 20-dək Mərdəkanda təlim-məşq toplanışımız olacaqdı. Gündə 2 dəfə məşq edəcəkdik. Yanvarın 21-dən fevralın 3-dək Antalyada hazırlıq keçməliydik. Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevlə də danışmışdım. Bir daha deyirəm ki, mən işlədiyim yerdə tapşırıq ola bilməz.

- Hazırda Bakıdasınız?
- Bəli

- Bəs Elmir müəllim?
- Dəqiq bilmirəm. Turalın məsələsini eşidəndən sonra Elmir müəllim mənə zəng vurub dedi ki, gəl, daşı tök ətəyindən. Ancaq mən ora qayıtmaram.

- Yəni fikriniz qətidir?
- Bəli.

- Birdən sabah Turalı qaytarmasalar, sizi geri çağırsalar, onda necə?
- Mən “Kəpəz”dən istefa verib, getmişəm.

- Xanlar müəllimlə danışıb, razılığa gəlməyiniz mümkündür?
- Mən qəti fikrimi demişəm.

- “Kəpəz”dəki qısa müddətlik fəaliyyətinizi necə qiymətləndirərdiniz?
- Bizim 2 qələbəmiz, 1 heç-heçə, 3 məğlubiyyətimiz oldu. Məncə, bu, o qədər yaxşı nəticə deyil. Ancaq onu da nəzərə alaq ki, mən komandanı mövsümün ortasında götürmüşdüm. Mövsüm öncəsi hazırlıq keçməmiş, seçim etməmişdim. İndi bunu etməli idim ki, vəziyyət belə alındı.

- Sizcə, Gəncədə kənarda gələn baş məşqçi üçün işləmək çətindir?
- Heç bir çətinliyi yoxdur. Çoxları belə deyirdi, ancaq, bu, doğru deyil. Gəncədə futbolu başa düşənlər var. Stadiona gələn azarkeşlər həmin futbolçuları çıxardığıma görə sevinirdilər. Deyirdilər ki, onsuz da onların çoxu oynamırdı, turist kimi idilər.
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail