Mirbağır İsayevin istefasının pərdə arxası

24.12.2011 | 4539 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Mirbağır İsayevin istefasının arxasında dayanan fakt ortaya çıxıb. Stadium.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis komandanın qapıçısı Tural Abbaszadə ilə bağlı rəhbərliklə anlaşılmazlıq yaşandığı üçün vəzifəsindən ayrılıb.

Məsələ burasındadır ki, İsayev əvəzedici heyətə göndərmək istədiyi Abbassazənin əsas komandada saxlanılması barədə tapşırıq alıb, lakin bunu qəbul etməyib. Baş məşqçidən bunu klub prezidenti Elmir Əliyev tələb edib. O, bildirib ki, ehtiyatda qalsa belə, Tural əsas komandada yer almalıdır. Əliyev bunu Gəncə regional futbol federasiyasının rəhbəri Xanlar Fəthiyevin istəyi ilə edib.

Belə ki, Xanlar Fəthiyevin oğlu Tural Abbassadə ilə yaxın dostdur və buna görə də Mirbağır İsayevdən onun "Kəpəz"də saxlanılması tələb edilib. İsayev isə bu tələbi qəbul etməyib.

Baş məşqçinin istefasının daha bir səbəbi isə rəhbərliyin pul xərcləməkdən boyun qaçırması ilə bağlı olub. Mirbağır İsayev qış hazırlığının ikinci mərhələsinin Antalyada keçiriləcəyini bildirsə də, rəhbərlik buna qarşı çıxıb. Bununla yanaşı onun istədiyi futbolçuların alınmasında da problemlər yaranıb. Bütün bu proseslər Mirbağır İsayevin Gəncə təmsilçisindən ayrılması ilə nəticələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail