Tarik Elyunussi: "Axmaq zədə "Qarabağ"da möhkəmlənməyimə mane oldu"

04.02.2018 | 4844 dəfə oxunub

“2017-ci il mənim üçün ziddiyətli il oldu. Əvvəl “Olimpiakos”la yaxşı bir mövsüm keçirdim, Yunanıstan çempionu olduq. Sonra “Qarabağ”a keçdim. Bu komanda ilə Çempionlar Liqasında oynamaq istəyirdim. Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonradan axmaq bir zədə aldım”.

Stadium.Az xəbər verir ki, bu sözləri qış transfer pəncərəsi zamanı “Qarabağ”da ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi bildirib.

Norveç millisinin 29 yaşlı yarımmüdafiəçisi İsveçin “Futbol kanalı”na verdiyi müsahibədə Ağdam klubunda möhkəmlənə bilməməsinin səbəbini də zədələnməsi ilə əlaqələndirib:

“Bu zədəyə görə mən 2 ay yaşıl meydandan kənarda qaldım, Çempionlar Liqasının son oyunlarını buraxmalı oldum. Mən isə “Qarabağ”a məhz Çempionlar Liqasında çıxış edib təcrübə toplamaq üçün getmişdim. Sonra AİK-in mənimlə maraqlandığını eşitdim.

Bu, mənim üçün maraqlı variant idi. Mənim hələ iddialarım qalır. AİK-lə 2 illik müqavilə bağladım. Əminəm ki, biz “Malmö” ilə rəqabətdə qalib gəlib İsveç çempionu olacağıq və bu zaman yenidən Avropa kubokunda oynayacağıq”.

“Sizə AİK-dən başqa da təkliflər vardımı” sualına T.Elyunussi belə cavab verib: “Başqa komandaya da gedə, “Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim. O cümlədən “Olimpiakos”a qayıtmağım mümkün idi. Amma mən pulu deyil, gələcək uğurlu karyeramı fikirləşdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail