"Qarabağ" onlarsız məşq edir

07.02.2018 | 4218 dəfə oxunub

Qış fasiləsindən sonra ilk oyununu Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ”yə qarşı keçirəcək “Qarabağ” futbol komandası məşqlərə start verib.

Stadium.Az xəbər verir ki, bu gün klub bazasında baş tutan hazırlıq prosesində 4 futbolçu zədə üzündən iştirak edə bilməyib. Bunlar qapıçı Şahrudin Məhəmmədəliyev, yarımmüdafiəçilər - Əfran İsmayılov, Qara Qarayev və Miçel Madeyradır.

Məhəmmədəliyev qabırğasından xəsarət aldığı üçün hazırlıq prosesindən kənarda qalıb. İsmayılova millinin Moldova yığması ilə yoxlama matçında qasıq nayihəsindən aldığı zədə mane olduğu halda, Qarayevin ayağında ağrılar, Miçelin baldır əzələsində problem var. Sözügedən "dördlüy"ün Qəbələ təmsilçisi ilə görüşdə iştirakı sual altındadır. Uzun müddətdir zədəli olan Bədavi Hüseynov isə müalicəsini davam etdirir. Fevralın 10-da "Azərsun Arena"da keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü saat 19:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail