Qriqorçuk: "Çox vacib oyundur"

08.02.2018 | 4296 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun  müsahibəsi:

- Topaz Premyer Liqasının 15-ci turunda “Qarabağ”la üz-üzə gələcəksiniz. Fasilədən sonra bu qədər ağır oyuna hazırsınız?

- Düşünürəm ki, meydançaya çıxa biləcəyik (gülür). Sonrasına da sonra baxarıq.

- Bu matçı “mövsümün oyunu” adlandırmaq olar?

- Turnir cədvəli baxımından çox vacib oyundur. Amma “mövsümün oyunu” adlandırmaq olmaz. Çünki qarşıda 13 matçımız da olacaq və bu, 39 xal edir. Ona görə də “Qarabağ”la oyunun əhəmiyyətini o qədər böyütməzdim. Amma önəmlidir.

- Qış fasiləsində komandanızdan Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov  kimi oyunçular getsə də, yeni transfer olmadı...

- Bizim oyunçulara ehtiyacımız hər zaman var. Bir hücumameyilli futbolçu almaq istəyərdim. Onun üçün əlimizdən gələni edirik. Əgər alınmasa, yaxşı hal sayılmayacaq.

- Antalyada keçirdiyiniz sonuncu oyunda Makedoniya “Şekndiya”sına uduzduqdan sonra futbolçularınızdan narazılıq etmişdiniz. Onlarla nə danışdınız?

- Mən çox şeydən narazı ola bilərəm. Amma bu hər zaman müzakirə mövzusu deyil. Təlim-məşq toplanışında olur belə şeylər. Hər şeyə diqqət yetiririk və analiz edirik. Amma bu barədə ətraflı danışmaq fikrində deyiləm. Daha çox rəsmi oyunları analiz etməyi sevirəm.

- Cavid Hüseynovun nə problemi var?

- İstənilən oyunçu bizə lazımdır. Cavid xəstələnib və buna üzülürük.

- "Qarabağ”la aranızda 6 xallıq fərq var və səfərdə əldə edəcəyiniz xallar böyük əhəmiyyət daşıyır. Sizcə, matçın taleyini nə həll edə bilər?

- Sadəcə olaraq, güclü olmaq lazımdır. Bu, bəsit bir məqamdır: güclü olan qalib gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail