"Billiatın "Qarabağ"a transferi 50/50-yədir" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Antalyadakı təlim-məşq toplanışından sonra komandanızın durumu istənilən səviyyədədirmi?
- Qane edən futbolçuların istəkli olmasıdır. Çempionatın ikinci yarısına pis hazırlaşmadılar. Amma təlim-məşq toplanışında hər şey istədiyimiz kimi olmur. Çatışmazlıqlar olur və bu normal haldır. Proqramımız üzrə çalışdıq və düşündüklərimizin hamısını olmasa da, müəyyən qədərini etdik.
- Təlim-məşq toplanışından sonra adətən klublar öz oyununu tam göstərə bilmir. Çempionatın ikinci yarısında açılış matçında da birinciliyi iki iddialı komanda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcək. Fasilədən sonra ilk matç olduğunu nəzərə alsaq, komandaların ifasında nə qədər maraqlı oyun görə bilərik?
- Düz qeyd etdiniz ki, toplanışdan sonra adətən komandalar tam öz oyunundan uzaq olur. Hardasa 3-4 turdan sonra komanda oyununu tapır. Həqiqətən iki lider komanda üz-üzə gələcək. Bizim aramızda həmişə maraqlı, gərgin oyun keçib və bu dəfə də eynisinin olacağına ümid edirəm.
- Bu matçı mövsümün oyunu adlandırmaq olar? Çünki aradakı xal fərqi bir az da çoxalsa, böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcək...
- Ümumiyyətlə, “Qarabağ” və “Qəbələ” arasında hər zaman maraqlı oyun olur. Bu bütün matçlar üçün keçərlidir. Yəni təkcə qarşıdan gələn oyuna aid deyil. Amma bu oyunla çempionluq bitir və ya yenidən başlayır kimi fikrim yoxdur. 3 xallıq sistemdə hər şey ola bilər. Hər bir məğlubiyyət digər rəqibə üstünlük verir. Biz həmişə çalışmışıq ki, komanda düzgün futbol oynasın. Məğlub da ola bilərik. Lakin öz futbolumuzu meydanda göstərməliyik. Nəticəyə gəlincə, qarşıda çox oyunlar var. “Qəbələ” ilə oyunda 3 xal çox vacibdir. Amma bu matça uduzsaq, belə olar, udsaq, başqa cür deyə yanaşmayacağıq. “Qəbələ” güclü və iddialı komandadır. Onlara hər zaman hörmət etmişik. Komandamı da həmişə onlara qarşı yaxşı kökləməyə çalışmışam.
- Fasilə zamanı komandadan Dino Ndlovu və Tarik Elyunussi kimi futbolçular getsə də, yerlərinə transfer olmadı. Siz isə həmişə deyirsiniz ki, əlimin altında nə qədər çox oyunçu olsa, o qədər yaxşıdır...
- Onların getməyinin də, yeni futbolçu götürməməyiniz də səbəbləri var. Əgər transfer etmədiksə, bu o demək deyil ki, axtarışda deyilik. Axtarırıq və çox futbolçu ilə maraqlanmışıq. Danışıqlar da aparmışıq. Lakin əldə edə bildiyimiz, razılaşdığımız oyunçular yoxdur. Bəzən klubla, bəzən futbolçunun özü ilə problemlər yaşanıb. Digər tərəfdən komandada oyunçuların sayı da az deyil. 20-yə yaxın futbolçumuz var. Həm də çempionatın ikinci yarısında cəmi 14 oyunumuz olacaq. Matçların sayı azdır. Bu səbəbdən də elə də narahatçılıq keçirmirəm. Təkcə narahat olduğum məsələ odur ki, zədəli oyunçularımız var və onlar ilk oyuna tam hazır olmayacaqlar.
- Nldovunun gedişindən sonra Mahir Mədətovla Ramil Şeydayev onu əvəz edə biləcək?
- Bu indi belə deyil. Ndlovu burda olarkən də Ramil, Mahir və ya digər oyunçular onun mövqeyində oynayıblar. Komandada istək, hər şey qarşılıqlı olsa, daha keyfiyyətli iş çıxır ortaya. Əlimizdə olan futbolçularla boşluğu doldurmağa çalışacağıq. İndiyə qədər futbolçularımız tələblərimizi yerinə yetirməyə çalışıblar.
- Zimbabveli hücumçu Xama Billiat haqqında danışsanız da, bu məsələ Cənubi Afrika Respublikasında hər günün müzakirə mövzusudur. Onunla hər hansı danışıq olubmu?
- Bu futbolçu gündəmimizdə olub. Dəfərlərlə qeyd eləmişəm ki, hər “transfer pəncərəsi” zamanı 10-15 futbolçu ilə maraqlanırıq. Bəzən danışıqlar aparırıq, bəzən klubu ilə məsələyə aydınlıq gətiririk.
- Klubu həqiqətən Billiat üçün 2,5 milyon avro istəyib?
- Məbləği şişirdiblər. Düzdür, onun klubu bizdən transfer pulu istəmişdi. Amma 2,5 milyon avro deyil. Hər bir halda danışıqlar oldu, maraqlandıq və məsələ açıq olaraq qalır. Bu gün üçün tam gündəmdə deyil.
- Amma Billiatı “Qarabağ”da görə bilərik?
- 50/50-yədir. Olma ehtimalı da var idi, olmama ehtimalı da var.
- Riçard Almeydanın “Bursaspor”a transferi gündəmdə idi. Türkiyə klubu onu istədiyini, lakin “Qarabağ”ın buna icazə vermədiyini bildirmişdi...
- Kluba hər hansı rəsmi təklif gəlsəydi, mənim xəbərim olardı. Bu məsələdə elə də ciddi müzakirələr və ya danışıqlar olmadı. (Qafqazinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |