Roman Qriqorçuk: "Qarabağ" bunu istəmir"

10.02.2018 | 3401 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ölkə çempionatının XV turunda "Qarabağ"la səfər oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Meydanda iki bərabər gücdə komanda meydanda mübarizə aparırdı. Fikrimcə, heç-heçəyə görə nəticədən razı qalmalıyıq. Çox yaxşı komandaya qarşı çıxış edirdik. Rəqibin güclü fərdi ustalığa malik oyunçuları var. Biz onların bu bacarıqlarını zərərsizləşdirdik.

- Bu gün meydanda qələbəyə oynayan "Qəbələ" görmədik. Oyuna bərabərlik üçün çıxmışdınız?

- İlk cavabımda hər şeyi dedim. Əlavəyə ehtiyac yoxdu. "Qarabağ" da həmçinin çempion olmaq istəyir. İstərdik ki, meydanın rəqibə aid hissəsində oynayaq. Amma "Qarabağ" bunu istəmir. Məncə, komandadan razı qalmaq olar.

- Dabonun zədəsi ciddidimi?

- Hələ bilinmir. Sabah və ya birigün daha dəqiq müəyyənləşəcək.

- Ekiqo Ehiosunla yollarınızı ayırsanız da, hücum xəttinə yeni transfer etmədiniz...

- Hallidey, Bultuis də getdi. Onları başqaları ilə əvəzləyə bilərik. Bizə hücumameyilli oyunçu lazımdı. Hansı ki, topu ələ keçirən kimi rəqibi aldada bilsin. Yəni usta futbolçu. Xüsusən də, belə rəqibə qarşı görüşlərdə vacibdi. İstərdik ki, belə futbolçu tapaq. Amma indiki məqamda çox çətindi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail