"Siz məni elə bir insan kimi tanıyırsınız?" - Rəşad Sadıqov

03.03.2018 | 3110 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov T Premyer Liqanın 18-ci turunun “Sumqayıt”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Maraqlı oyun alındı. Səfərdə “Sumqayıt”dan bu qədər üstün oynayacağımızı bilmirim. 90 dəqiqə oyuna nəzarət etdik. Qapımıza doğru bir zərbələri oldu. O da qolla nəticələndi. İkinci zərbələri yadıma gəlmir. Uşaqlar yaxşı mübarizə apardılar, istəkli idilər. Oyun təşkilatçılığı pis deyildi. Belə komanda ilə səfərdə 1 xal da pis nəticə deyildi.

- Xal itirməyinizdə şanssızlıq da rol oynadımı?

- Oyun ərzində yaxşı qol epizodlarımız oldu. Təəssüflər olsun ki, istifadə edə bilmədik. 

- Oyunun gedişində azarkeşlə qısa dialoqunuz oldu. Söyüş söymüşdü?

- Yox, söyüş söyəmədi. Bir söz dedi, mən də ona fikrimi bildirdim.

- Birinci hissədə “Sumqayıt”ın futbolçusu boş qapıya düşə bilmədi. Bir epizodda isə vurduqları qol qeydə alınmadı. Siz isə deyirsiniz ki, rəqibin cəmi 1 qol vəziyyəti oldu...

- Çərçivəyə cəmi bir zərbə olub. Qol epizodlarını bilmirəm. Özümə də maraqlıdır. Düzdür, oyunun əvvəlində Ehtiram Şahverdiyev fürsətdən istifadə edə bilmədi.

- 36 yaşlı Rəşad Sadıqov Azərbaycan çempionatında çox rahat oynayır. Bu, çempionatın səviyyəsinin aşağı olması deməkdir. Yoxsa sizin yaxşı vəziyyətdə olmağınızdan xəbər verir?

- Özüm haqda nəyisə şərh etməyim düzgün olmaz. Çempionatımız, xüsusilə də, ikinci dövrə gərgin keçir. Hiss olunur ki, bütün komandalar gücləniblər.

- Meydanda baş məşqçisi olduğunuz 3 futbolçuya qarşı oynadınız. Sanki bəzi epizodlarda baş məşqçilərindən çəkinirdilər ki, birdən zədələyərəm, milliyə düşmərəm...

- Siz məni elə bir insan kimi tanıyırsınız? Heç onların hansı iləsə qarşılaşdığım yadıma gəlmir. Daha çox Cavid İmamverdiyev və Amil Yunanovla mübarizə aparırdım. 

- Ümumiyyətlə, bu, necə bir hissdir?

- Normal hissdir. Heyətə baxanda həmin 3 futbolçunun adını görmüşdüm. Adətən Ehtiram oynayır. Amma bu gün həm Bəhlul Mustafazadə, həm də Xəyal Nəcəfovun oynamağı sevindirici haldır.

- Onların çıxışı sizi qane etdi?

- Mübarizə apardılar, özlərini yaxşı tərəfdən göstərə bildilər.

- Amil Yunanovun milliyə çağırılmaması tez-tez müzakirə mövzusu olur. Bu gün də qol vurdu. Sizcə, özünü sübut edə bildi, yoxsa hələ tezdir?

- Amil yaxşı futbolçudur. Son illərdə hücumçu kimi xoş təsir bağışlayır. Şəxsi fikrimdir ki, bir balaca da artırsa” Qurban müəllimin diqqətini cəlb edəcək. Belə də, nəzarətində olan futbolçudur. Ümumiyyətlə, Qurban müəllimin siyahısı genişdir. Bu siyahıda Amilin də adı var. Çempionatımızda yaxşı hücumçulardan biridir. Amma özünüz də görürsünüz ki, Samir müəllim də tez-tez ondan şikayət edir. Bir az qeyri-stabil çıxış edir. Amma hər şey futbolçunun özündən asılıdır. Nəticəyə birbaşa məşqçi məsuliyyət daşıyır. Ola bilməz ki, nəyəsə görə milliyə birini götürsün, o birini götürməsin. Mən özüm də məşqçiliyə başlamışam. İstəyirəm ki, kim ən yaxşıdısa, o oynasın. Doğma oğlun belə olsa, kənarda oturdursan ki, nəticə olsun. Amil və digər yerli futbolçular əzmkarlıq göstərməlidirlər ki, milliyə dəvət alsınlar. Qurban Qurbanovu yaxşı tanıyıram. Bilirəm ki, hər birinin şansı var.

- Qış fasiləsindən sonra Mahir Mədətov əvvəlki kimi oynaya bilmir...

- Mahir cavandır, hələ 20 yaşı var. Ona illər lazımdır ki, potensialını tam açsın. “Qarabağ”da sırf hücumçu kimi oynamaq hər futbolçunun işi deyil. Pis deməzdim, amma daha yaxşı formada olmalıdır. Çalışır, mübarizə aparır, məşqlərdə üzərində işləyir. Amma “Qarabağ”da hücumçu kimi oynamaq üçün çox şey lazımdır. Əvvəllər yarımmüdafiənin solunda oynayırdı. Bunun da təsiri var. Özü də etiraf edir. Bu gün də bir epizodda ona dedim ki, bir az tez oyna. Başqa bir iradım olmadı.

- Həm də “Qarabağ”ın U-19 komandasının baş məşqçisiniz. U-19 liqasında “Sumqayıt”la oyununuz təxirə salındı. Deyilənlərə inansaq, bunu sizə görə etdilər. Çünki “Kəpəz”lə oyunda meydana çıxmalıydınız...

- Yox, bununla heç bir əlaqəsi yoxdur. Biz iki dəfə təklif etmişik, “Sumqayıt” oynamaq istəməyib. Onları başa düşürəm. Əslində bu oyun Çempionlar Liqasına görə təxirə salınmışdı. Sonra biz 2 dəfə vaxt təklif etdik. “Sumqayıt”ın oyun gününə düşürdü deyə alınmadı. Normal bir şeydir. Bu yox, növbəti həftənin 1-ci günü həmin oyun keçiriləcək. U-19 liqasında təxirə salınmış oyun belədir ki, iki komanda vaxtı öz arasında razılaşdırır. Biz də elə vaxt tapdıq ki, hər iki komandaya uyğun olsun.

- Qış fasiləsindən sonra “Qarabağ” 4 oyuna 3 top vurub. Bu, nə ilə bağlıdır?

- Mən heç vaxt futbolu nəticəyə görə qiymətləndirməmişəm. Təəssüflər olsun ki, bu gün hər şeyi qolla, nəticə ilə ölçürlər. Bu gün pis oynayıb qələbə qazansaydıq, deyərdilər ki, “Qarabağ” yaxşı formadadır. Amma “Sumqayıt” kimi komanda ilə səfərdə bu cür oyun oynamışıq. Mənim üçün önəmli olan budur. Digər məsələlər artıq futbolun texniki tərəfidir. Belə hallar ayrı-ayrı vaxtlarda “Qarabağ”da olub. Bu günün məsələsi deyil. Qol epizodlarına görə Çempionlar Liqasından kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə bundan qat-qat pis başlamışdıq. Qol epizodlarından istifadə edə bilmirdik. Çoxlu xal itirmişdik. Rəqiblər də müqavimət göstərirlər. Çox yaxşı müdafiə olunurlar. Həmişə 2-ci dövrə birincidən fərqli keçir. Mövsümün sonu yaxınlaşdıqca hamı istəyir ki, özünü yaxşı tərəfdən göstərsin. Bunlar futbolda normaldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail