"Milliyə düşmək üçün əlimizdən gəldiyi qədər çalışırıq" - Bəxtiyar Həsənalizadə

04.03.2018 | 3824 dəfə oxunub

"Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqasının 18-ci tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Oyun barədə nə deyə bilərsiniz?

- Ağır oyun oldu. Üstəlik, "Qarabağ” kimi komandaya qarşı çıxış etmək çətindir. Çalışdıq ki, müdafiədə diqqətli oynayaq. Əlimizə düşən fürsətləri qola çevirmək istədik. Bir qol vura bildik, amma yenə vurmaq olardı. Hər halda belə nəticə də bizim üçün qaneedicidir. 

- "Qarabağ" daha çox hava ötürmələrinə üstünlük verirdi. Hiss olunurdu ki, "Sumqayıt” hava toplarına yaxşı hazırlaşmamışdı. Razısınız?

- Oyundan əvvəl baş məşqçimiz Samir Abasov "Qarabağ”ı analiz etmişdi. Bilirdik ki, rəqib, əsasən, cinahlardan və müdafiəçilərin arxasına ötürmələr edir. Bunun üzərində işləmişdik. Bir-iki epizodu çıxmaq şərti ilə normal oynadıq. Rəqibə çox şans vermədik. Elə epizodlar çox olmadı.

- Bu gün həm də bütün futbolçular eyni zamanda Azərbaycan millisinin baş məşqçisi olan Qurban Qurbanovun diqqətində idi. Moldova ilə ötən yoldaşlıq görüşü üçün milliyə çağırılmadığına görə prinsipiallığın var idi?

- Prinsipiallıq deməzdim. Amma hər bir futbolçu istəyir ki, özünü göstərsin. Biz də "Sumqayıt”ın uğuru və milliyə dəvət almaq üçün əlimizdən gəldiyi qədər çalışırıq. Nə dərəcədə aldındığına kənardan baxanlar qiymət verə bilərlər.

- Müdafiədə Rail Məlikovla oynamaq rahatdır, yoxsa Bəhlul Mustafazadə ilə?

- Mənim üçün fərqi yoxdur. Hər ikisi komandamızın üzvüdür. Seçim baş məşqçinindir. Hörmətlə yanaşmaq lazımdır. Gələn oyunlarda dəyişiklik baş verə bilər. Bizim işimiz futbol oynamaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail