Roman Qriqorçuk: "Oyun alınmadı"

04.03.2018 | 4079 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 18-ci turu çərçivəsində "Neftçi"yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verib


- Vitali Vernidub artıq ardıcıl ikinci oyundu səhv edir. Keçən oyunda öz qapısına qol vurdu, bu gün isə onun səhvindən sonra qol buraxdınız... 

- Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, “necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan?” Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki, nəsə fərqli olardı.

- Bu gün sanki komanda mübarizə aparmırdı... 

- Bununla razılaşmıram. Deməzdim ki, bu gün mübarizə aparmadıq. Sadəcə, oyun alınmadı.

- Komandanın zəif oyun sərgiləməsini artıq indidən kubok barədə düşünməsi ilə izah etmək olar? 

- Necə yəni? Demək istəyirsiz biz çempionat barədə düşünmürük? Biz çempionatdan əlimizi üzməmişik. Təkcə kubok barədə düşünmürük. Hər iki yarışa ciddi yanaşırıq.

- Keçən oyunda “Səbail”ə, bu gün isə “Neftçi”yə uduzdunuz. Demək olar ki, komanda turnir cədvəlində aşağı pillələrdə olan komandalarla matça köklənə bilmir? 

- Yox, belə deməzdim. “Səbail”lə bu matç tam fərqlidi. Bu gün bizim üçün çox uğursuz oyun oldu. Keçən matçda pis oynamamışdıq. Buna baxmayaraq, məğlub olduq. Ötən mövsümdə də yaxşı oynayıb, uduzduğumuz oyunlarımız olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail