"Mən "O gəlsin, bu getsin" kimi məsələlərə qarışmıram." -Zaur Axundov

04.03.2018 | 3244 dəfə oxunub

"Keşlə"nin prezidenti Zaur Axundov Premyer Liqanın 18-ci turunda "Zirə" üzərində qələbədən sonra jurnalistlərə müsahibə verib

- Hələlik komandanız evdə yox, səfərdə qələbələr qazanır...

- Bizə 3 xal lazım idi. Bunu da qazandıq. Təbii ki, bu məqam da böyük amildir. Ümidvaram ki, növbəti oyunlarda doğma meydanda da azarkeşlərimizi sevindirəcəyik.

- Komandanızın çıxışı sizi razı salırmı və oyundan-oyuna artım hiss edirsiniz?

- Oyundan-oyuna artım var. Düzdür, orta xətdə boşluqlar da nəzərə çarpır. Lakin futbolçularımız tədricən artırırlar. Düşünürəm ki, 1-2 tura komandamız tam hazır vəziyyətə çatacaq.

- Mətbuatda yeni transferlərdən narazı olduğunuz və buna görə baş məşqçi Yuri Maksimova irad bildirdiyiniz yazılmışdı. Belə bir hal həqiqətən də olub?

- Yox, belə bir şey yoxdur. 2-3 gün əvvəl yazmışdılar ki, Yuri Maksimov gedib. Halbuki Maksimov həmin vaxt məşqdə idi. Komandamız oyununu davam etdirir. Təkcə Maksimov deyil, seleksiya üzrə məşqçilərin də birgə məsləhətləşmələri ilə transferlər həyata keçirilib. Zaur Axundov transfer etmir. Transferlərə baş məşqçi və köməkçiləri cavabdehdirlər. Mən "O gəlsin, bu getsin" kimi məsələlərə qarışmıram.

- Bu heyətlə Azərbaycan Kubokunu qazanmaq realdır?

- Futbolda hər şey ola bilər. Amma komandamız hələlik potensialının 50 faizini oynayır. Yaxşı haldır ki, kubok oyunumuzadək hələ var. Məncə, məşqçilər heyətimizin səyləri nəticəsində "Keşlə" pik nöqtəyə çatacaq. Təki zədələrimiz olmasın. Qarşıda hələ çempionat oyunlarımız var. Oynamalı və nəticə göstərməliyik.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail