"Müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik"

11.03.2018 | 3815 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Bunu gözləyirdik. Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. “Qarabağ” səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim. İkinci hissədə bəzi dəyişikliklər etdim. Bunun xeyri olsa da, “Qarabağ”ın müdafiəsini yarmaq çox çətindi. Qış fasiləsindən sonra qələbə qazana bilməmişik. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxaq.

- Cinahlarda radikal dəyişikliklərə əl atmışdız. Bu məsələdə səhv etdiyinizi qəbul edirsiz?

- Xeyr, səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik.

- Elşən Abdullayevi erkən əvəzləməyinizin səbəbi nə idi? Oyunundan narazı qaldız?

- Bəli, oyunundan narazı qaldım ki, dəyişdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail