"Qəbələ"dən 150-ci qələbə, Ozobiçdən 15-ci qol

11.03.2018 | 3703 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIX turu “Qəbələ” üçün əlamətdar olub. Goal.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qələbəsini qazanıb.

Yubiley “Kəpəz”lə Gəncədəki görüşə təsadüf edib. 1:0 hesablı qələbə Premyer Liqadakı 355-ci matçda qeydə alınıb. Bu qələbələrdən 84-ü ev, 66-sı səfər qarşılaşmalarında qazanılıb.

“Qəbələ”nin Premyer Liqadakı əlamətdar qələbələri
1-ci qələbə
2006/07 mövsümü. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1

50-ci qələbə
2010/11 mövsümü. 19.05.2011. “Qəbələ” – “Muğan” (Salyan) - 2:1

100-cü qələbə
2014/15 mövsümü. 28.02.2015. “Qarabağ” (Ağdam) – “Qəbələ” - 0:1

150-ci qələbə
2017/18 mövsümü. 09.03.2018. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 0:1

Qələbə qolunun müəllifi olan Filip Ozobiç Premyer Liqada 15-ci qolunu vurub. O, bu göstəricidə Daniel Subotiç və Deon Bartona çatıb. Bu “üçlük” klubumuzun çempionatdakı bombardirləri siyahısında 5-ci yerə şərikdir. Onlar Viktor Mendi (29), Dodo (23), Baqali Dabo (18) və Yannik Kamanandan (16) geri qalırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail