"Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim"

13.03.2018 | 3734 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Qəbələ” ilə qarşılaşmadan sonra (1:1) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə onlardan geri qalırıq. Komandamız hələ yeni formalaşıb. Bizdə istək çox idi. Məhz bunun sayəsində oyundan xalla ayrıldıq.

- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?

- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.

- Rəqibin baş məşqçisi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?

- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...

- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.

- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail