"Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir"

14.03.2018 | 4625 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”la (0:0) oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın ifasında gözəl oyun izlədik. Futbolçulara rəhbərlik adından təşəkkür etdik. Bu oyunda təkcə qol çatışmadı. Məncə, nəticə ədalətli idi. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Bir xal da qənaətbəxşdi. Oyundan-oyuna artırırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Fikrimcə, qol olmasa da, hər birimiz bu oyundan zövq aldıq.

- “Neftçi”nin oyun ərzində 4-5 real qol epizodu olsa da, istifadə edə bilmədi...

- Bu oyunda olan ajiotaj futbolçulara da təsir edirdi. Son 3 turda 6 qol vurmuşuq, ancaq qollar da buraxmışıq. Bu gün isə hiss etdim ki, futbolçularda həyəcan var idi. Məncə, elə 0:0 əsl ədalətli hesab oldu. Çünki rəqib oturuşmuş komandadı. Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı.

- Sanki komandada son 3 oyunda partlayış oldu. Nə dəyişdi?

- Tənqid həmişə olmalıdı. Sadəcə, mən bilirdim ki, işi düzgün qurmuşuq. Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir. İstər-istəməz yorğunluq olur. Bilirdim ki, bir neçə tura komanda öz oyununu tapacaq. Bu gün bir daha göründü ki, biz düzgün yoldayıq. Ola bilsin, rəhbərlik dəyişikliyinin də rolu var. Bunu “Sumqayıt”la oyunda gördük. Bu gün “Neftçi”ni qaldıra biliriksə, deməli düzgün yoldayıq. Futbolçularıma təşəkkür edirəm.

- Hücumçuların oyunu sizi qane edir?

- Son 3 turda qollar vurmuşduq. Bu gün qol vurmasaq da, qol fürsətləri əldə etdik. Ancaq bu, o deməkdi ki, yaxşı oyun sərgiləyirik. Yəni əsas odu ki, hücum edə bilirik.

- Emin Mahmudovun oyununu necə dəyərləndirərdiz?

- Onun zədəsi var idi. Eminin bu gün meydana çıxması sual altında idi. Ancaq mən şans verdim. Gələn oyunda isə sarı vərəqəyə görə meydana çıxa bilməyəcək.

- Əvvəllər Lukas Qomesə start heyətində şans verib, Mirabdulla Abbasovu son dəqiqələrdə meydana buraxsaz da, son oyunlarda əksinə edirsiz. Buna səbəb nədi, Lukas hazır deyil?        

- Qomesin atası rəhmətə gedib. Onun atası uzun müddət komada yatıb. Bu, “Qəbələ” ilə oyundan öncə olub. Həmin oyundan əvvəl bizim xəbərimiz var idi. Həyat yoldaşı tərcüməçiyə məlumat vermişdi. Bu cür hallar futbolçuya mənfi təsir edir. Ancaq artıq özünə gəlir. Bundan öncə Mirabdullanın çıxış etdiyi oyunlarda qalib gəlmişdik. Onun haqqını yeyə bilmərəm. Buna görə, Mirabdullaya start heyətində şans verdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail