"Qarabağ" Ridlə qarşılaşacaq

29.12.2011 | 6283 dəfə oxunub

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın Türkiyə toplanışı zamanı məskunlaşacağı məkan və yoxlama oyunlarındakı rəqiblərin adları məlum olub.

Yanvarın 10-da yığışacaq Ağdam klubu 5 gün Bakıda məşq edəcək. Yanvarın 15-də isə Qurban Qurbanov və yetirmələri Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. “Qarabağ” Antalyanın Bələk bölgəsində yerləşən “Arkadia Limak” otelində məskunlaşacaq. 

Fevralın 4-dək qonşu ölkədə qalacaq "Qarabağ" bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Qurbanovun rəhbərliyindəki komanda yanvarın 21, 25, 27, 31-də və fevralın 3-də hazırlıq maçı oynayacaq. Artıq ilk 2 rəqib bəllidir. Yanvarın 21-də ağdamlılar Qazaxıstan Superliqa təmsilçisi “Taraz”la qarşılaşacaq. 

25-də isə rəqib Avstriyanın “Rid” komandası olacaq. Avstriyalılarla oyunun keçirilmə vaxtı da məlumdur. Görüş yerli vaxtla 15:15-ə planlaşdırılıb. Digər rəqiblərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
 
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail