"İlk növbədə, "Qarabağ"da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdırlar"

25.03.2018 | 3237 dəfə oxunub

Azərbaycan millisindən kənarlaşdırılan "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə göndərilib.
 
Stadium.Az xəbər verir ki, bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir şeyin olmadığını vurğulayıb:

"Mən klubda hər hansı futbolçunun bəzi hərəkətlərinə göz yuma bilərəm. Çünki futbolçu ilboyu eyni iş sistemi, eyni prinsiplərlə çalışır, yorğunluq olur. Bəzən məşqə gecikə, ləngiyə bilər. Milliyə gəldiyim gündən, ilk növbədə, "Qarabağ"ın futbolçularından tələb etmişəm ki, daim hər yerdə birinci olsunlar. Elvində isə bu hal ilk dəfə deyil. Nə yalan danışasıyıq? Onu əvəzedici heyətə də göndərmişik, bəzən sizin xəbəriniz olmadan cərimələnib də. Belə hallarda bu addım atılmalı idi və mən də atdım. Yəqin ki, sizin üçün də təəccüblü bir şey yoxdur. Çünki tələbim budur: İlk növbədə, "Qarabağ"da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdırlar". 
 
Qurbanov Yunuszadənin "İnstagram"da "Məni yalnız Allah cəzalandıra bilər" paylaşımına isə belə reaksiya verib: "Elvindir də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydir. Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Allahın hökmü ilə biz bacarmarıq. Bu, tamamilə ayrı fikir ola bilər. Bizim öz qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq. Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz".  
 
Baş məşqçinin sözlərinə görə, Yunuszadə son bir ayda ən yaxşı formada olan futbolçulardan olub. Amma o, nizam-intizamın pozulması hallarına göz yummadığını diqqətə çatdırıb: "Mən futbolçunu cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə haqqım da var".  
 
Baş məşqçi yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə daxil edilməyən Kipr "Anortosis"inin futbolçusu Araz Abdullayevi millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah edib: "Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq. Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub". 
 
Elvin Yunuszadə və Araz Abdullayev ötən gün Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail