Milli üçün 278-ci

28.03.2018 | 5131 dəfə oxunub

Azərbaycan millisinin heyətində daha bir futbolçu debüt edib. Stadium.Az xəbər verir ki, Makedoniya ilə Antalyada keçirilən yoxlama oyununun gedişində meydana daxil olan Rahil Məmmədov karyerasında ilk dəfə yığmanın formasını geyinib.

O, əsas millinin tarixinə 278-ci futbolçu kimi düşüb. Belə ki, bunadək keçirilən 236 oyunda 277 futbolçu meydana çıxmışdı. Onlardan üçü – Şəhriyar Rəhimov, Tural Axundov və Asif Məmmədov 4 gün öncə Bakıda baş tutan Belarusla görüşdə (0:1) debüt şansı qazanmışdı.

Bununla da iki oyun üçün açıqlanan heyətdə olan 5 yeni oyunçudan yalnız biri – Rəşad Əzizli debüt etməmiş qaldı.

Rahil həm də şərəfini qoruduğu “Səbail”in tarixində düşüb. Müdafiəçi Bakı klubunu Azərbaycan millisində təmsil edən ilk futbolçu olub. Onadək Emil Balayev əvvəlki qarşılaşmalara dəvət alsa da, komandasını yığmanın matçında təmsil etmək imkanı qazanmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail