Rəşad Sadıqov: "Yığmada oynamağa hazıram"

30.03.2018 | 4678 dəfə oxunub

"Milliyə qayıdışım barədə Qurban Qurbanovla rahat danışmamışıq. Telefonla danışığımız olub. Onun dediklərini internetdən oxumuşam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində Azərbaycan millisinə qayıtma variantına münasibət bildirərkən deyib. 

Təcrübəli müdafiəçi artıq milli ilə bağlı qərarını verdiyini xətırladıb:

"Qurban müəllim milliyə baş məşqçi təyin olunanda aramızda qayıtmağımla bağlı söhbət oldu. O, mənə bunu təklif etdi. Dedi ki, istəyirəm milliyə qayıdasan. Hansısa qarşılaşmada oynaya bilərsən, hansındasa yox, ancaq istəyirəm ki, milinin içində olasan. Cavab verdim ki, dəvətinizə görə çox sağ olun, ancaq qərarımı vermişəm, milli karyeramı başa vurmuşam. Sözün düzü, qısa, 10 dəqiqəlik söhbət oldu. Qurbanov mənə dedi ki, necə məsləhətdir, elə də elə.

Qurban müəllim açıqlamasında "Lazım gələrsə" ifadəsini də işlədib. Özüm də əvvəllər demişəm ki, Allah göstərməsin, birdən yığmada zədə və cəza üzündən stopper olmasa, özüm isə formada olsam, yığmada oynamağa hazıram. "Lazım gələrsə" sözünü mən də işlətmişəm. Yəni, hara lazımamsa, orada olacağam. Həm oyunçu, həm də insan, dost kimi harada lazımamsa, orada o insanın yanındayam. Həmçinin də bu məsələdə.

Bu gün belə bir mövzu yoxdu ki, qayıdım. Neçə oyundu baxıram, mərkəz müdafiəçilərimiz normal çıxış edirlər. Üstəlik, Bədavi Hüseynovun bərpa prosesi gedir. O da sağalandan sonra tam hər şey qaydasına düşəcək. Qurban Qurbanovun əlində yetərincə seçim imkanı olacaq. Heç bu söhbətə də ehtiyac olmayacaq".

Futbolçu karyerası ilə bağlı danışan R.Sadıqov hələ bir il də oynamaq fikrində olduğunu bildirib: "Hələ qərar verməmişəm ki, nə vaxt yaşıl meydanda çıxışımı başa vuracam. Zədə problemi olmasa, daha bir il də oynamağı düşünürəm. Məni futbolçu karyeramı davam etdirməyə sövq edən futbol oynamağa olan sevgimdir. Bunun "Qarabağ"la yaxşı maddi şərtlər qarşılığında müqaviləmin olmasıyla bağlı fikir söyləyənlərə demək istəyirəm. Onlar bilirlərmi mənə məşqçiliklə bağlı necə təkliflər gəlib? Bunu deyənlər iki səbəbdən belə fikir söyləyə bilərlər: ya məni sevmirlər, ya da məni tanımırlar. Məni tanıyan belə şey deyə bilməz. Məni tanımayan, sevməyən belə fikir söyləyə bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail