Ndlovudan Qurbanla Rəşada cavab: "Belə şeyləri eşidəndə gülməyim gəlir"

30.03.2018 | 3570 dəfə oxunub

"Həqiqəti bilən insanlardan hər şeyi soruşa bilərsiniz. "Qarabağ"dan niyə ayrıldığımı onlar sizə deyəcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. Qış fasiləsində Ağdam təmsilçisini Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Cənubi afrikalı forvard Azərbaycan mətbuatına özü haqda yayılan xəbərlərə münasibət bildirib: 

"Bu barədə danışmaq hazırda mənim üçün ən axırıncı işdir. Karyeramda yeni səhifə açmışam. Haqqımda xoş olmayan sözlər deyə bilərlər. Amma mən "Qarabağ"ı çox sevdim".

Bir müddət öncə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun onunla bağlı səsləndirdiyi fikirlərə də toxunan 27 yaşlı futbolçu "Qarabağ"da qalmaq istədiyini söyləyib: 

"Əgər o düşünürsə ki, əsl həqiqət bundan ibarətdir, çox gözəl. Amma bayaq da dediyim ki, klubda işləyən bəzi insanlar "Qarabağ"da qalmaq istədiyimi bilirdilər".

“Qurban Qurbanov mətbuata açıqlamasında deyib ki, Ndlovunun ürəyi “Qarabağ”da deyildi və təklif gələn kimi komandadan getmək istədiyini bildirdi. Bu fikrə münasibətiniz necədir” sualına cavabında afrikalı futbolçu səslənən fikirlərin gülməli olduğunu söyləsə də, ona pis təsir etdiyini də gizlətməyib: 

"Açığı, belə şeyləri eşidəndə gülməyim gəlir. Amma digər tərəfdən də haqqımda bu cür ifadələr işlədilməsi məni kədərləndirir. Onlar başa düşməlidirlər ki, mən "Qarabağ"ı sevirdim".

"Qarabağ" Ndlovunu qış transfer pəncərəsində 750 min avroya "Xançjou Qrintaun" klubuna satıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail