"Qəbələ" - "Sumqayıt": 23-cü duelə doğru

01.04.2018 | 2733 dəfə oxunub

Azərbaycan Premyer Liqanın 21-ci turunda “Qəbələ” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 2-də Qəbələ şəhər stadionunda baş tutacaq matç komandalar arasında 23-cü oyun olacaq.

İndiyədək yalnız ölkə çempionatlarında yolları kəsişən rəqiblər 22 dəfə münasibətlərini ayırd edib. İlk görüşləri 7 il əvvələ təsadüf edən klubların duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. “Qırmızı-qaralar” əvvəlki matçların hamısında qol sevinci yaşayıblar. Bu da nəticələrdə öz əksini tapıb. Komandanın hesabında 15 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 40:16. Düzdür, cari mövsümün hər iki oyununun taleyini cəmi 1 qol həll edib. “Qırmızı-qaralar” evdə də, səfərdə də 3 xalı 1 qolla qazanıblar.

Hər iki məğlubiyyətini səfərdə alan “Qəbələ” evdəki qarşılaşmalarda rəqibinə uduzmayıb. Komanda öz meydanındakı 11 görüşdən yalnız birində heç-heçə edib, 10 matçda isə azarkeşlərinə qələbə sevinci bəxş edib. Evdə 23 dəfə fərqlənən komanda yalnız 5 top buraxıb.

“Sumqayıt”la oyunlarda vurulan 40 topa “Qəbələ”nin 25 futbolçusu imza atıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7, Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail