"Sevinirik ki, bu gün 90-cı və ya uzatma dəqiqəsində qol buraxmadıq"

01.04.2018 | 4214 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, o millinin matçları səbəbindən çempionatda yaranmış fasilə müddətində məşqlərini Bakıda təşkil etsələr də, yoxlama oyunu keçirə bilmədiklərindən gileylənib:

“Səbəb bəzi klubların oynamaq istəməmələri oldu. Məhz buna görə də bugünkü oyunun birinci hissəsində komandamız özünə gəlməmişdi. Lakin ikinci hissədə pis təsir bağışlamadılar. Əvvəlki görüşlərdə 5 qoldan 4-nü 85-ci dəqiqədən sonra buraxmışdıq.

Bu gün də axırıncı dəqiqələrdə rəqibin qol imkanı oldu. Sevinirik ki, bu gün 90-cı və ya uzatma dəqiqəsində qol buraxmadıq. Amma bizim də yaxşı imkanlarımız oldu. Bunlardan yararlansaydıq, qələbə qazana bilərdik. "Zirə"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bizim də irəlidə ağır oyunlarımız var. Əslində bizim üçün bütün oyunlar ağırdır. Amma bəzi futbolçularımız zədəlidirlər. Bugünkü oyunda da bir neçə futbolçumuz zədələndi. Aprelin 7-də keçirəcəyimiz növbəti matçadək onların hazır olub-olmamalarına baxacağıq.

Digər tərəfdən, "Bico (Quli Manjqaladze - red.) heç nədən sarı vərəqə aldı, növbəti qarşılaşmada iştirak edə bilməyəcək. Orta xətdə əsas oyunçularımızdan biri o idi. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək, zədəliləri qısa müddətdə sağaldaq və növbəti turda "Keşlə"yə qarşı doğma meydanda əzmkar oyun göstərək”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail