Ayxan Abbasov: "Məncə, qələbəyə layiq idik"

08.04.2018 | 4985 dəfə oxunub

"Komandamdan razı qaldım. "Qəbələ”nin gücünü bilirdik. Bir neçə oyundur ki, belə qollar vururlar. Müdafiəçilərin diqqətsizliyi və ya yorğunluq sonda səhv etməyimizlə nəticələndi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Ordakı oyunda xoşagəlməz hallar yaşanmışdı. Buna görə də bu matça futbolçuları yaxşı kökləmişdim. İstəyirdim, bu gün meydanda ancaq futbol olsun".
 
Stadium.Az xəbər verir ki, bunları "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
 
- Futbolçular bu cür oyunların gərginliyini müxtəlif formalarda çıxırlar, bəs siz necə?

- Mən də onlar necə istirahət edirlərsə, elə dincəlirəm. Bütün günü onlarla bir yerdəyəm. Bu gün komandanın üzərində böyük təzyiq var. Sona kimi futbolçularımın yanındayam.
 
- Sizin şərti cəzanız var. Ancaq bu gün də çox aqressiv görünürdüz...

- Bu, özümdən asılı deyil. Həmin anda şərti cəzanın olması yada düşmür. Bu qədər xal itirməyi gözləmirdik. 
 
- Sizcə, nəticə oyuna görə oldu?

- Məncə, qələbəyə layiq idik. "Qəbələ”nin qoluna kimi rəqibə qol fürsəti vermədik. İlk hissədə bizim bir penaltimiz verilmədi. Qapıçının zədələnməsi də təmasın olmasına sübutdur. Ancaq Rəvan Həmzəzadəni də başa düşürəm. Oyunun tempi yüksək idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail