Qriqorçuk "Qəbələ"dən ayrılır? "Latviyanı xatırlayanda əhvalım düzəlir"

10.04.2018 | 4244 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunma ehtimalını sportacentrs.com-a dəyərləndirib.

Stadium.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis təklif olacağı halda, bu barədə düşünəcəyini bildirib:

“Hazırda Latviya yığmasının sükanı arxasına keçmək barədə düşünmürəm. Hər şeydən əvvəl bunun üçün təklif almalıyam. Belə bir təklif isə yoxdur. Həmin vaxt konkret fikrim olar. İndi isə bunun üçün səbəb yoxdur. Latviyanı xatırlayanda əhvalım düzəlir. Bu ölkə ilə bağlı çox yaxşı xatirələrim var. Həmçinin, yaxınlarda yubileyi olan “Ventspils"i təbrik edirəm. Bu, xüsusi emosiyadır. Latviya mətbuatını oxumuram deyə, yazılanlardan xəbərsizəm. Marian Paxar ötən il yığmanın baş məşqçisi postundan gedən zaman Latviya Futbol Federasiyasının nümayəndələri mənə müraciət etmişdilər. Müəyyən danışıqlar olsa, bunu konkret adlandırmazdım”.

Qriqorçuk LFF-nin prezident postuna namizəd olan Kaspar Qorkşla münasibətlərindən də danışıb. Ukraynalı mütəxəssis 2006-cı ildə “Ventspils”də onun rəhbərliyi altında çıxış etmiş veteran futbolçu barədə xoş sözlər deyib: “Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”.

LFF-nin İcraiyyə Komitəsinin aprelin 6-da keçirilmiş iclasında Aleksandr Starkovun istefaya göndərilməsində sonra Latviya yığmasının baş məşqçisi postuna namizədləri təqdim etmək üçün İşçi Qrup yaradıb. 

Latviya millisi iyunun 9-da Riqada Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail