Tərlan Əhmədov: "Komandamız gözəl oyun nümayiş etdirdi"

12.04.2018 | 3958 dəfə oxunub

“Kubok matçı həmişə ağır olub, bu gün də ağır keçəcəyini bilirdik. Oyuna çox yaxşı köklənmişdik, çalışırdıq ki, məsələni ilk görüşdəcə həll edək”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə “Qəbələ” ilə qarşılaşan bakılılar 2:1 hesablı qələbə qazanıblar.

Matçdan sonra açıqlama verən Əhmədov görüşlə bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Komandamız gözəl oyun nümayiş etdirdi, yüksək temp göstərdi, hücum futbolu oynadı və qalib gəldi. Futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram ki, uzun məsafə qət edib komandaya dəstək olmaq üçün gəliblər. Onların sayəsində daha da aqressiv futbol oynamağa başlayırıq. Amma qarşıda cavab matçı var. Bundan əlavə, aprelin 15-də bizi "Zirə” ilə süni örtüklü meydanda çox ağır qarşılaşma gözləyir. Çünki təbii ot örtüyündən süni ot örtüyünə keçid problem yaradır. Çalışacağıq, "Zirə” ilə oyuna bacardığımız qədər yaxşı köklənib, iki cəbhədə də mübarizəmizi davam etdirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail