Kamran Quliyev "Sumqayıt"ın sponsorunu əlindən alır?

16.04.2018 | 2305 dəfə oxunub

Riad Rəfiyevin gəlişindən sonra "Sumqayıt"ın yeni sponsor axtarışına çıxması, iki tərəfdaşla əlaqə qurması, biri ilə müqavilə bağlaması diqqət çəkir. İlk baxışdan normaldı. Çünki komanda avrokuboklara vəsiqə qazanmağa yaxındır və bu mənada yeni sponsorlara ehtiyac var. Lakin bu canfəşanlığın bir səbəbi də var.

Stadium.az rekord.az-a istinadən məlumat verir ki, komandanın tərəfdaşlarından biri olan "Kapital Bank"la münasibətlərə son qoyula bilər.

Daha doğrusu, yayda tərəflər arasında müqavilənin yenilənməməsi qorxusu var. Bunun da səbəbi sözügedən bankın "Neftçi" ilə əməkdaşlıq etmək ehtimalıdır. İş ondadır ki, "Kapital Bank"ı "Sumqayıt"a cəlb edən sabiq prezident Kamran Quliyev olmuşdu. Quliyev isə hazırda "Neftçi"nin prezidentidir və deyilənə görə, sabiq tərəfdaşlarını da məhz yeni klubuna aparmaq istəyir. Yəni yayda "Kapital Bank" "Sumqayıt"la əməkdaşlığa son qoyub "Neftçi" ilə sponsorluq müqaviləsi bağlasa, qətiyyən təəccüblənməyin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail