Tərlan Əhmədov: "Qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi"

28.04.2018 | 2822 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Keşlə”yə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:  

- Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Komanda çox istəkli idi. Onların itirəcək heç nəyi yox idi. Onlar bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Buna görə, bir qədər sərbəstdilər. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üzr istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq.

- “Neftçi”yə hər iki qol başla vuruldu. Sizcə, “ikinci mərtəbə” komandanın ən zəif cəhəti deyil ki? 

- Standart vəziyyətlər həmişə çətin olur. Tək bizim üçün yox, hamı üçün belədi. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidisə, səndən daha yaxşı nəticə qazanacaq.

- Daha çox Mirabdulla Abbasova etiraz edirdiz. Ümumiyyətlə, hücum xəttindən razısız?

- Son oyunlarda qalib gəlsək də, qolları yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınçılıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm.

- Ruslan Abışov Vaqif Cavadova təpik atdığı epizoddan sonra iki futbolçu arasında gərginlik yaşandı. Daha sonra siz də məsələyə müdaxilə etdiz...  

- Vaqif futbolçudu. O, mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudu. Danışmaq nəyə lazımdı? Mən niyə onunla dava etməliyəm? Mən ona artıq-əksik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Əsas budu. Bir də deyirəm, mən ona artıq-əksik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim.

- Düşünmürsüz ki, “Neftçi”nin oyunçuları bu gün bir qədər aqressiv idi. Xüsusilə, Derlis Meza Kolli çox aqressiv görünürdü.

- Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdı. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail