"Kəpəz" Premyer Liqayla vidalaşdı!

29.04.2018 | 3991 dəfə oxunub

Azərbaycan Premyer Liqasının (TPL) XXV turu I diviziona yuvarlanan komandanın adına aydınlıq gətirib. Stadium.Az xəbər verir ki, “Kəpəz”in mövsümü sonuncu - 8-ci pillədə başa vuracağı rəsmiləşib.

Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin önündəki iki komanda qalibiyyətə sevinib. Əvvəlcə dünən “Keşlə” “Neftçi”ni (2:1) əliboş yola salmaqla elitadakı yerini təmin edib.

Turun qapanış matçında isə “Səbail” gözlənilmədən “Sumqayıt”a səfərdə (2:1) qalib gəlib. Bu nəticə ilə debütantın da ən pis halda 7-ci yeri tutacağı müəyyənləşib.

Beləliklə, aktivində 13 xalı olan “Kəpəz” son 3 turda qələbə qazansa belə, “zirzəmi”dən qurtula bilməyəcək. Çünki onun 7-ci pillədəki “Səbail”lə arasındakı xal fərqi 10-a yüksəlib.

Premyer Liqayaya vəsiqə qazanan 3 komandadan ikisi artıq məlumdu. Söhbət əsasnaməyə görə elitada oynamaq hüququ qazanan klublardan gedir. Bu mövsüm ilk üç yeri tutan I divizion təmsilçisi yüksək liqaya çıxmalıdı. “Xəzər” və “Qaradağ Lökbatan” artıq ilk “üçlük”də yerini təmin edib.

Amma “üçlük”də təmin olunan yer Premyer Liqa üçün yetərli deyil. Çünki mükafatçı komanda həm də lisenziyalaşdırma tələblərinə görə elitaya uyğun gəlməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail