"Qarabağ"a qol vuranda isə sevincindən telefonda qışqırırdı"

30.04.2018 | 3912 dəfə oxunub

"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunu xatırladıb.

Stadium.Az "The times" nəşrinə istinadən xəbər verir ki, ötənlərin məşhur futbolçusu Enriko Kyezanın oğlu atası ilə münasibətlərindən danışarkən 2016-2017 mövsümündə Avroliqanın qrup mərhələsində Bakıda Ağdam klubunun qapısına vurduğu qolu yada salıb. 20 yaşlı oyunçu həmin görüşdə fərqləndiyinə görə atasının sevincindən telefonda qışqırdığını bildirib:

"Atam həmişə mənə deyirdi ki, sənin oyunun məşqi xatırladır. Ötən mövsümün son matçında "Peskara"ya qarşı oynayırdıq. Görüşün 30-cu dəqiqəsində qırmızı vərəqə alıb, meydandan qovulduğum üçün mənimlə 3 gün danışmadı. "Qarabağ"a qol vuranda isə sevincindən telefonda qışqırırdı".

2016-cı il dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Qarabağ" "Fiorentina"ya 1:2 hesabı ilə uduzub. İtaliya klubunun heyətində qələbə topunu 76-cı dəqiqədə məhz Kyeza vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail