Polşalı "Qarabağ"dan ayrılıb

02.05.2018 | 3230 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Yakub Jezniçak Polşaya qayıdıb. Stadium.Az xəbər verir ki, yerli mətbyata açıqlamasında 32 yaşlı mərkəz müdafiəçisi bunları deyib:

“Çempionluğumuzu səfər matçında barışmaz mübarizədə rəsmiləşdirdik. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni bir mədəniyyət və təcrübədir. "Qarabağ" Ağdamı təmsil edir. Hazırda orada hərbi vəziyyət mövcud olduğu üçün komanda Bakıda məskunlaşıb və ev oyunlarını burada keçirir.

Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq borcumuz idi və bu, artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədəki komanda üzərində 17 xallıq üstünlüyümüz var”.

Jezniçak deyib ki, hazırkı klubunda işləyənlər "Qarabağ"ın Çempionlar Liqasında (ÇL) sabiq komandası "Legia" ilə düşməsini istəmirlər:

“Çünki Polşa klubu UEFA reytinqində Azərbaycan çempionunu ötüb. "Legia"ya azarkeşlik edirəm və ÇL-də görüşməməyə üstünlük verərdim.

Bu, çox uğursuz mövsümdür. Mənim 7 zədəm oldu. Artıq burun və barmağımın əməliyyatı başa çatıb. İndi isə dabanımın müalicəsi davam edir. Baş məşqçidən icazə alaraq, zədəmi sağaltmaq üçün vaxtından əvvəl Polşaya gəldim. Sağlıq durumum baxımından uğurlu il olmasa da, bu il idman nailiyyətləri əldə etdim və ÇL-də oynamaq arzumu gerçəkləşdirdim”.

Jezniçak ötən yay 12 il formasını geyindiyi "Legia"dan "Qarabağ"a keçib. O, sabiq komandasının kapitanı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail