"Qəbələ"nin gəncləri çempion oldu

04.05.2018 | 3434 dəfə oxunub

Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünə yekun vurulub. Stadium.Az xəbər verir ki, mövsümün son oyunu Sumqayıtda keçirilib. “Qəbələ” və “Qarabağ” komandaları çempionluq oyununa çıxıb.

23 turdan sonra ehtiyatında 59 xal olan komandalar ilk 2 pilləni bölüşdürürdülər. Ancaq birinci və ikinci dövrədə keçirilən şəxsi oyunlardakı nəticələrə (1:0, 2:2) əsasən "Qəbələ" rəqibini qabaqlayırdı. Buna görə də çempion olmaq üçün "Qarabağ"a yalnız qələbə, "Qəbələ"yə isə heç-heçə də sərf edirdi. 

Görüşdə qapılara qol vurulmayıb və "Qəbələ" çempion adını qazanıb. Beləliklə, bu mövsüm ölkəmizi UEFA Gənclər Liqasında "Qəbələ" təmsil edəcək. Xatırladaq ki, ötən mövsüm bu turnirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi "Qarabağ"ın U-19 komandası çıxış etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail