Samir Abasov: "Şükürlər olsun ki, buradan 1 xalla ayrılırıq"

04.05.2018 | 4458 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVI turunda "Kəpəz"lə səfərdə 1:1 hesabıyla heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib: 

- Hava şəraiti hər iki komandaya bir az mane oldu. Hava həddən artıq isti idi. Bu vaxta oyun salmaq təhlükəli idi. Uşaqlar ilk hissədə boğulmuş kimi görünürdü. Qələbə istəsək də, vacib xalı aparırıq. İstəyimizin nəticəsidi ki, heç olmasa 1 xalı qoparırıq. Bu il belimizə yazılıb ki, axıradək didişəcəyik. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünk i keçən tur öz meydanımızda "Səbail"ə uduzduq. İstənilən halda, avrokubokar üçün sonadək mübarizə aparacağıq.
 
- Son turlarda xal itkilərindən sonrta belə fikirlər səslənir ki, "Sumqayıt" nağılı başa çatmaq üzrədi. Siz bununla razısınız?

- Yox. Əksinə, bundan sonra klubun adı daha da yüksələcək. Çünki bizə bir komanda, bir idman şəhəri kimi baxmağa başlayıblar. Bu gün rəqib futbolçuları oyunun çoxunun yerdə uzanıb keçirirsə, bu, bizimlə matçda 1 xala görə sevindiklərini göstərir. Düzdür, avrokuboklara düşmək "Sumqayıt"a təkan ola bilər. İnanmıram ki, Allah eləməsin, düşməsək belə, nəsə pis dəyişiklik olsun. Hələ ki, "Sumqaytı"dayam. Bundan pis vəziyyətə düşəcəyimizə inanmıram. Çalışacağıq ki, gedən futbolçularımız olsa belə, növbəti mövsümə yaxşı komanda düzəldək.  

- Havadan başqa sizi narazı salan nə oldu?

- Faciəvi hesab deyil. Görürsünüz ki, çempionatın sonunda 1 xalın dəyəri hara çıxıb. Oyundan da, hesabdan da narazı deyiləm. Futbolda istək yaxşı şeydi. Ancaq bəzi futbolçularımız düzgün oynamırlar. Şükürlər olsun ki, burdan 1 xalla gedirik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail