Roman Qriqorçuk: "Hakim nə qədər icazə verirsə..."

05.05.2018 | 4007 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqanın 26-cı turunda "Keşlə" oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun alındı. Oyunumuzu bir az da inkişaf etdirməliyik. Əldə etdiyimiz qol fürsətlərini dəyərləndirməliyik. Xüsusilə, ilk hissədə yaxşı imkanlarımız oldu. Bu cür fürsətlərdən yararlansaq, daha yaxşı nəticələr qazana bilərik. Ancaq dediyim kimi, bu matçı çempionatdakı ən yaxşı oyunlardan biri kimi dəyərləndirərdim.

- Bu gün rəqib sizin komandanın üzvlərinə qarşı bir qədər kobud oynayırdı. Siz də hakimlərə qarşı aqressiv görünürdünüz...

- Hakim nə qədər icazə verirsə, kobudluq da o qədər çox olur. Mən burda olduğum zaman hakimliklə bağlı əleyhimizə çox qərar olub. Futbolçularımın siması hələ də gözümün önündədir. Məsələn, Qay və digər futbolçular üzümə baxıb, sanki kömək istəyirdilər. Ancaq dediyim kimi, hakimliklə bağlı edəcək bir şey yoxdur.

- Ölkə kubokunun finalında üz-üzə gələcəyiniz rəqiblə qarşılaşmada bütün kartlarınızı açdınız?

- Bu gün yaxşı oynadıq. Son vaxtlar komandamız kifayət qədər yaxşı oynayır. Bu matça çıxanda, kubok oyunu barədə düşünməmişdik. Kuboka kimi hər iki komandanın iki matçı var. Öz oyunumuzu inkişaf etdirməyə çalışırıq. Bu gün də, sadəcə, öz oyunumuza köklənmişdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail