Tərlan Əhmədov: "Nəticə varsa, deməli, təsir etmir"

12.05.2018 | 3734 dəfə oxunub

"Komandamı, fanatları təbrik edirəm. Uzun məsafə qət edib, bizə dəstək oldular”.
 
Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turunda "Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında söyləyib. 

 
Mütəxəssisin qələbə şərhi belə olub: "8 aylıq işimin bəhrəsini görməyə çalışıram. 3-cü yerə şansımız varsa, bundan yararlanmaq istəyirik. Oyundan razı qalmadım. İstədiyim futbolu görə bilmədim. Amma nəticədən razı qaldım. Sadəcə, kompakt oyundan məmnun qaldım. Hər halda təzyiq də var. Komanda 3-cü yer uğrunda yarışır. Komandanı qəbul edəndə 1 xalımız var idi. Bu gün qələbə bizə lazım idi”.
 
- Digər oyunların nəticəsi ilə maraqlınırdınızmı?

- Xeyr. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, başqa oyunların nəticəsi komandaya bildirilməsin. Yalnız öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə baş verənlər mənim üçün qapalı idi.
 
- Son vaxtlar tez-tez söz-söhbətlər çıxır. Bu, sizin komandanın hazırlığına təsir edirmi?

- Bu gün nəticə varsa, deməli, təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuları göndərmək lazımdı. İki şeyi heç vaxt deməmişəm: bu komanda mənimdi və mənə vaxt verin. Bu futbolçularla oynadım. Təzyiqlərin çox olacağını da bilirdim. Qələbə qazandıqca da bu təzyiqlər artır. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail