UEFA-dan "Keşlə"yə xoş xəbər

15.05.2018 | 3330 dəfə oxunub

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Stadium.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət etmiş “Keşlə” PFK-nın sənədlərinə baxılıb.

AFFA “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub və UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Keşlə” PFK 2018-19-cu il mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdir.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə” PFK-ya lisenziya verilməsi qərarına gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail