Araz Abdullayev "Neftçi"yə qayıdır

16.05.2018 | 3424 dəfə oxunub

“Anortosis”lə yollarını ayıran Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdıb.

Stadium.Az xəbər verir ki, Kipr mətbuatı 26 yaşlı futbolçunun gələn mövsüm legioner həyatı yaşamayacağını iddia edib. 

Belə ki, həmkarlarımızın fikrincə, “Anortosis”in keçidi üçün 150 min avroluq məbləği ödəməkdən imtina etdiyi oyunçu Azərbaycan çempionatında oynamaqda maraqlıdı.

Lakin onun “Qəbələ”də qalmaq ehtimalı da yüksək qiymətləndirilmir. Belə ki, oyunçu ilə “Neftçi”nin yaxından maraqlandığı vurğulanıb. Hətta Abdullayevin “ağ-qaralar”a qayıtmaq variantının daha real olduğu yazılıb.

“Neftçi”nin yetirməsi olan Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail