Rəşad Sadıqovun komandası yenə qələbəyə həsrət qaldı

28.05.2018 | 3273 dəfə oxunub

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

Rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub. "Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real qol imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib - 1:1.

Yoldaşlıq görüşü

Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Penaltini dəqiq yerinə yetirə bilməyib: Fərid Nəbiyev, 80 (qapıçı)

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov

19:00.  "Dalğa Arena".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail