Klublarımız Avrokuboklarda oyunlara nə zaman başlayır?

29.05.2018 | 3809 dəfə oxunub

Azərbaycan kubokunun dünən keçirilən “Keşlə”- “Qəbələ” matçından sonra ölkəmizi 2018/19 mövsümündə avrokuboklarda təmsil edəcək sonuncu – dördüncü klub da müəyyənləşdi.

Bu, rəqibi üzərindəki 1:0 hesablı qələbədən sonra Yuri Maksimovun rəhbərlik etdiyi “Keşlə” komandası oldu.

Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqasında), kubokun qalibi kimi “Keşlə”, vitse-çempion “Qəbələ” və bürünc mükafatçı “Neftçi” (hamısı Avropa Liqasında) təmsil edəcək. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq.

Çempionlar Liqası

Azərbaycan çempionu “Qarabağ”ın rəqibi iyunun 19-da, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında atılacaq püşkatmadan (birinci və ikinci mərhələ üçün) sonra bilinəcək. Çempionlar Liqasının formatında dəyişiklikdən sonra Azərbaycan çempionu “Qarabağ” əvvəlki illərdə olduğu kimi mübarizəyə ikinci deyil, birinci mərhələdən başlayacaq. Bu o deməkdir ki, Qurban Qurbanovun komandası qrupa düşmək üç deyil, dörd mərhələ adlamalıdır.

Çempionlar Liqasında birinci mərhələnin ilk oyunları 10/11 iyul, cavab matçları 17/18 iyulda keçiriləcək. Qrup matçları isə 18/19 sentyabrda start götürür.

Avropa Liqası

Avropa Liqasındakı təmsilçilərimizin adına isə iyunun 20-dəki püşkatma mərasimində (birinci və ikinci mərhələ üçün) aydınlıq gələcək. Bu yarışda birinci mərhələsinin oyunları iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.

Avroliqada qrup oyunları isə sentyabrın 20-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail