Ruslan Abışov: "Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir" - FUTBOLÇULARIN FİKİRLƏRİ

04.06.2018 | 2478 dəfə oxunub

Azərbaycan milli komandasının üzvləri Qazaxıstan yığması ilə keçiriləcək yoldaşlıq oyunu barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildiriblər. 

Stadium.Az milli üzvlərinin sabahkı oyunla bağlı fikirlərini təqdim edir:

Emin Mahmudov: “Oyuna yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Çünki rəqib də güclü komandadı. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”. 

Ruslan Abışov: “Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir. Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.

Ürfan Abbasov: “Oyuna ciddi hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.

Qara Qarayev: “Ardıcıl ikinci yoldaşlıq oyunumuzdu. Bu oyunlar bizim üçün çox vacibdi. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail