Qurban Qurbanov: "Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi"

06.06.2018 | 3229 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə qələbə münasibətilə Qazaxıstan millisini təbrik edirəm. Komandamızın problemlərini futbolçularımıza deyəcəm. Qazaxıstan yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi.

- Qazaxıstan millisi sizi nə ilə təəccübləndirdi?

- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil. 

- Komandanız erkən qol buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?

- Komandamızın buna hazır olduğunu desəm, inanmayacaqsınız. Ancaq biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızda bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.

- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?

- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir. 

- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?

- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.

- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstan millilərini müqayisə edərdiniz?

- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması xeyli güclüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail